
“Tottenhem”in baş məşqçi postuna 3 namizəd
“Tottenhem” UEFA Avropa Liqasındakı zəfərdən sonra komandadan ayrılan baş məşqçi Angelos Postekoqlunun yerinə yeni çalışdırıcı axtarır.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi üç namizədi nəzərdən keçirir: “Brentford”un baş məşqçisi Tomas Frank, “Fulhem”i çalışdıran Marko Silva və “Bornmut”un çalışdırıcısı Andoni İraola.
Postekoqlu komandadan Avropa Liqasını qazanandan sonra ayrılıb. “Tottenhem” finalda “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edərək, kubokun sahibi olub.
2024/25 mövsümündə Premyer Liqanın turnir cədvəlini 15-ci pillədə tamamlayan londonlular Avropa Liqasının qalibi kimi UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



