“Çətin bir dövrdən keçdiyimizi də unutmamalıyıq” – Poçettino
“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasının 9-cu turunda “Uotford”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis 1:1 hesabıyla bitən görüşü belə şərh edib:
“İkinci hissədəki oyunumuzdan məmnunam. Meydanda xarakter göstərdik. “Performans”ımızı artırmalıyıq, ancaq çətin bir dövrdən keçdiyimizi də unutmamalıyıq.
“Bavariya”ya məğlub olduqdan sonra “Brayton”a da uduzduq. Bunu həll etmək asan deyil. Ancaq bu oyunda komandanın möhtəşəm xarakter göstərdiyini deyə bilərəm.
Addım-addım daha yaxşı olacağıq. “Bavariya” ilə oyundan sonra itən özgüvənimizi təkrar qazanmaq çətindir. Yenidən güvənimizi qazanıb, daha rahat oynayacağıq”.
“Tottenhem” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Bavariya” 2:7 hesabıyla məğlub olub.
Bizi Facebook-da izləyin