
“Tottenhem”in 79 milyon avroluq transfer planı
“Kristal Pelas”ın yarımmüdafiəçisi Ebereçi Eze “Tottenhem”in layihəsinə böyük maraq göstərir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu da 26 yaşlı futbolçunun transferində xüsusi maraqlıdır.
“Tottenhem”in yeni baş məşqçisi Tomas Frank Ezeni yay transfer dönəmində əsas hədəf kimi görür. İngilis futbolçunun özü də “Arsenal”, “Aston Villa” və “Mançester Yunayted”in marağına baxmayaraq, “Tottenhem”ə keçidə müsbət yanaşır.
Transferin ümumi dəyərinin 70 və əlavə 9,4 milyon avro bonus şəklində ola biləcəyi deyilir.
Eze son mövsümdə bütün turnirlərdə 43 oyunda iştirak edib, 14 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin