“Tottenhem”də yeni müqavilə
İngiltərənin “Tottenhem” klubu futbolçusu Lukas Moura ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi London klubu ilə müqavilə müddəti 2024-cü ilin iyununa qədər olan yeni müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Moura 2018-ci ilin yanvarında PSJ-dən İngiltərə təmsilçisinə transfer olunub. O, ötən mövsüm 49 matçda 15 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Braziliyalı futbolçunun “Tottenhem”lə əvvəlki müqaviləsinin müddəti 2023-cü ilə qədər idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin