
“Tottenhem”də Postekoqlu müəmması
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu UEFA Avropa Liqasındakı qələbəyə baxmayaraq, hələ də qeyri-müəyyən vəziyyətdədir.
Komanda.az “Telegraph Football”-a istinadən xəbər verir ki, avstraliyalı mütəxəssis vəzifəsindən azad edilərsə, klub tərəfindən ona 4,7 milyon avro təzminat ödəniləcək.
Hazırda Postekoqlunun gələcəyi dəqiq bilinmir, ancaq onun komandada qalması da istisna edilmir.
“Tottenhem” İngiltərə Premyer Liqasının son mövsümündə 38 xal toplayaraq turnir cədvəlini 17-ci pillədə başa vurub və düşmə zonasının bir addımlığında dayanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin