
Xavi “Tottenhem”in “sükanı arxasına” keçmək üçün əsas favoritdir
“Barselona”nın sabiq baş məşqçisi Xavi bukmeker kontorlarının proqnozlarına əsasən, “Tottenhem”in yeni çalışdırıcısı olmaq üçün əsas favorit hesab olunur.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin London klubuna baş məşqçi təyin olunma ehtimalı 3.00 əmsalla qiymətləndirilir.
Hazırkı baş məşqçi Angelos Postekoqlunun mümkün əvəzlənməsi fonunda digər namizədlər də ön plana çıxıb. İkinci sırada “Tottenhem”in sabiq çalışdırıcısı Maurisio Poçettino yer alır. Onun qayıdışına 3.75 əmsal verilib. İlk üçlüyü “Brentford”un baş məşqçisi Tomas Frank 6.00 əmsalla tamamlayır.
Əlavə olaraq, Andoni İraola və Marko Silva hərəyə 7.00 əmsalla dördüncü yeri bölüşür. Digər namizədlərin əmsalları isə 11.00-dən başlayır.
Postekoqlu 2023-cü ilin iyulundan etibarən “Tottenhem”i çalışdırır. Onun komandası hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin



