
“Tottenhem”in təklifi rədd edilib
“Tottenhem” “Sauthempton”un vingeri Tayler Diblinqi transfer etmək üçün uğursuz cəhd edib.
Londonlular 19 yaşlı futbolçunu qışda heyətinə qatmaq niyyətində idi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” ingiltərəli oyunçu üçün “müqəddəslər”ə 35 milyon funt-sterlinq (təxminən 42 milyon avro) təklif edib, ancaq bu təklif rədd edilib.
“Sauthempton” gənc oyunçunu daha yüksək qiymətləndirir – 65 milyon avrodan çox. “Mançester Yunayted”, “Mançester Siti” və digər böyük klublar da Diblinqlə maraqlanır.
Diblinq bu mövsüm bütün turnirlərdə 30 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



