
“Tottenhem”dən son 90 ilin ən yaxşı göstəricisi
“Tottenhem” İngiltərə Premyer Liqasının 26-cı turunda “Lester”i 3:1 hesabıyla məğlub edib.
Komanda.az xəbər verir ki, bu nəticəylə londonlular yeni rekorda imza atıblar. Bu barədə “The Guardian” nəşri məlumat yayıb.
“Tottenhem” Premyer Liqada ardıcıl 30 oyundur ki, heç-heçə etmir. Komanda 26 turdan sonra 20 dəfə qələbə qazanıb, 6 dəfə isə məğlub olub.
“Tottenhem” Premyer Liqa tarixində 2-ci klubdur ki, bu göstəriciyə nail olur. Bundan əvvəl, 1928/29 mövsümündə “Portsmut” ardıcıl 38 oyun heç-heçə etməmişdi.
Maurisio Poçettinonun rəhbərlik etdiyi kollektiv, turnir cədvəlində 60 xalla 3-cü sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin