“Tottenhem”dən “Real”ın istədiyi futbolçuya yeni təklif
İngiltərənin “Tottenhem” klubu yarımmüdafiəçisi ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu futbolçusu Kristian Eriksenə yeni müqavilə təklif edib. 2024-cü ilədək nəzərdə tutulan yeni müqaviləyə görə, danimarkalı futbolçu illik 7,5 milyon avro qazanacaq. Klubla futbolçu arasında danışıqların davam etdiyi bildirilir.
Yay transfer pəncərəsi dövründə adı “Real”, “Yuventus”, PSJ kimi klublarla yanaşı çəkilən 27 yaşlı futbolçunun hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin