“Tottenhem”dən “Benfika”ya
İngiltərənin “Tottenhem” klubu ilə müqaviləsinin müddəti bitdiyi üçün azad agentə çevrilən belçikalı futbolçu Yan Vertongenin yeni iş yeri bəlli olub.
Komanda.az xəbər verir ki, 33 yaşlı müdafiəçi Portuqaliyanın “Benfika” klubuna transfer edilib.
O, yeni klubu ilə 3 illik müqavilə imzalayıb. Anlaşmanın digər detalları açıqlanmayıb.
Vertongen 2012-ci ildən “Tottenhem”in uğurları üçün çalışırdı. O, London təmsilçsində 315 matça çıxıb, 12 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin