“Tottenhem”dən 16 milyon avroluq transfer – Rəsmi

“Tottenhem” klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Slaviya”dan Antonín Kinskini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Tottenhem” 21 yaşlı qolkiper üçün Çexiya klubuna 16 milyon avro təzminat ödəyib. Çexiyalı qapıçı London klubu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

“Slaviya” Kinskini 2021-ci ilin yayında “Dukla”dan transfer etmişdi. Çexiya millisinə də dəvət alan gənc futbolçu bu mövsüm Praqa təmsilçisinin heyətində 29 rəsmi matçda iştiral edib. O, 14 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button