“Tottenhem”də oynamaqdan zövq alıram” – Almaniyalı hücumçu
“Tottenhem”in hücumçusu Timo Verner komandada daimi qalmaqdan xoşbəxt olacağını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, əla oyunçularla bir yerdə olmaqdan və belə gözəl stadionda oynamaqdan həzz aldığını bildirib:
“Tottenhem”də oynamaqdan çox zövq alıram. Mən əla oyunçularla bir yerdə olmaqdan və belə gözəl stadionda oynamaqdan həzz alıram”.
Verner yanvarda “Leyptsiq”dən icarə əsasında “Tottenhem”ə keçib. İngiltərə klubu hücumçunu 17 milyon avroya almaq hüququna malikdir.
“Çelsi”nin keçmiş oyunçusu İngiltərə Premyer Liqasının cari mövsümündə 11 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin