“Tottenhem”də ciddi itki
“Tottenhem”də çıxış edən braziliyalı hücumçu Riçarlison Premyer Liqada “Aston Villa” ilə matçda zədələnib.
Komanda.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu 27 yaşlı futbolçunun bud nahiyəsindən zədə aldığını bildirib. Mütəxəssisin sözlərinə görə, Riçarlison bir müddət xəstəxanada qalacaq. Onun sağalması üçün dəqiq vaxt açıqlanmayıb.
Riçarlison İngiltərə Premyer Liqasının cari mövsümündə 5 oyun keçirib, 1 məhsuldar ötürmə verib. Onun komandası 10 turdan sonra 16 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin