“Tottenhem”dən son gündə daha 2 transfer
İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Covanni Lo Çelso və Rayan Sessenyonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniyanın “Betis” klubundan transfer olunan argentinalı yarımmüdafiəçi Lo Çelso 1 illik icarəyə götürülüb. Amma London klubu mövsüm bitəndən sonra 23 yaşlı futbolçunun transfer hüquqlarını da almaq şansı olacaq. Amma bunun üçün “Tottenhem”in 60 milyon funt-sterlinq xərcə düşməsi lazım gələcək.
Sessenyon isə “Fulhem”dən transfer olunub. 19 yaşlı ingilis futbolçu ilə 6 illik müqavilə imzalanıb. Londonlular bu keçidə görə 27 milyon avro ödəyiblər. Üstəlik, “Tottenhem” öz yarımmüdafiəçisi Coşua Onomanı “Fulhem”ə göndərib.
Bizi Facebook-da izləyin