Yaponiya millisinin üzvü “Tottenhem”də – Rəsmi

“Tottenhem” rəsmi saytında “Kavasaki Frontale” klubundan müdafiəçi Kota Takainin transferini açıqlayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yaponiya milli komandasında da oynayan 20 yaşlı futbolçu londonlularla müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Kota Takai “Kavasaki Frontale” akademiyasında yetişib. 2022-ci ilin aprelində, 17 yaşında əsas komandada debüt edən müdafiəçi klubla bütün yarışlarda 81 oyuna çıxıb, 4 qol vurub. Ötən mövsüm isə komandasına AFC Çempionlar Liqasının finalına yüksəlməsində kömək edib.

2024-cü ilin sentyabrında Yaponiya milli komandasında debüt edən Takai indiyədək yığma ilə 4 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button