
Kapitanla bağlı qərar verilib
“Tottenhem”in hücumçusu Son Hın Minin yaxın gələcəkdə klubu tərk edəcəyi gözlənilmir.
Londonluların kapitanının hazırkı müqaviləsinin müddəti yayda başa çatacaq. Bu isə cənubi koreyalı futbolçunun yay transfer dövründə komandadan ayrıla biləcəyi ilə bağlı şayiələrin yayılmasına səbəb olmuşdu.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” artıq Son Hın Minlə bağlı qərar verib və qarşıdan gələn yay transfer dönəmində ona görə gələn təklifləri nəzərdən keçirmək niyyətində deyil.
2015-ci ildən “Tottenhem”də çıxış edən 32 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 46 oyuna çıxaraq 11 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
“Tottenhem” cari mövsümdə Premyer Liqanı 17-ci pillədə başa vurmasına baxmayaraq, Avropa Liqasındakı qələbə sayəsində UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin