
“Tottenhem” futbolçusu üçün 70 milyon avro tələb edir
“Tottenhem” müdafiəçisi Kristian Romero üçün qiyməti müəyyənləşdirib.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, argentinalı futbolçu “Atletiko”nun əsas transfer hədəflərindən biri hesab olunur və madridlilər bu keçidi yaxın vaxtlarda reallaşdırmaq niyyətindədir.
“Tottenhem” Romero üçün 70 milyon avro məbləğində zəmanətli ödəniş tələb edir. Buna cavab olaraq, “Atletiko” 55 və əlavə 15 milyon avro bonus təklif etməyə hazırdır.
27 yaşlı müdafiəçi son mövsümdə Premyer Liqada 26 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin