“Tottenhem” “Real”a qiymət oxudu – 250 milyon avro!
“Real”ın “Tottenhem”in futbolçusu Kristian Erikseni heyətinə qatmaq istədiyini xəbər vermişdik.
Komanda.az “AS” nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında transfer danışıqları başlayıb. “Kral klubu”nun təklif etdiyi 110 milyon avroluq təklifdən imtina edən “Tottenhem”in prezidenti Daniel Levi, danimarkalı futbolçu üçün 250 milyon avro tələb edib.
“Real” tərəfinin bu qiymətdən sonra transferi yaya saxladığı deyilir.
“Tottenhem”lə “Real” arasında baş tutan Qaret Beyl transferində də Daniel Levi vəziyyəti çətinləşdirmiş və uelsli futbolçunu 101 milyon avroya satmışdı.
“Tottenhem”lə müqaviləsi 2020-ci ildə bitəcək 26 yaşlı Eriksen, bu mövsüm Premyer Liqada iştirak etdiyi 18 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin