
“Tottenhem” qışda yenə cəhd edəcək – Braziliyalı futbolçu üçün
“Mançester Siti”nin vingeri Savio yaxın gələcəkdə “Tottenhem”in hədəfinə çevrilə bilər.
London klubu yay transfer pəncərəsində braziliyalı futbolçu ilə yaxından maraqlanmışdı, ancaq keçid baş tutmamışdı.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” qış transfer pəncərəsi açılan kimi 21 yaşlı oyunçunu yenidən heyətinə qatmağa çalışacaq.
Savio cari mövsümün startını zədə səbəbindən buraxıb. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



