“Tottenhem” – “Qarabağ” oyununun vaxtı dəyişdirildi

Avropa Liqasının Liqa mərhələsinin “Tottenhem” – “Qarabağ” oyununun vaxtı dəyişdirilib.

Komanda.az xəbər verir ki, matçın keçiriləcəyi Londonda yaranan böyük tıxac “Qarabağ”ın qarşılaşmanın baş tutacağı “Tottenhem Hotspur” stadionuna planlaşdırılan vaxtda çata bilməsinə mane olub.

Buna görə də UEFA nümayəndələri görüşün Bakı vaxtı ilə 23:00 deyil, 23:35-də start götürməsinə qərar veriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button