“Tottenhem” – “Qarabağ” matçını fransalı hakim idarə edəcək

İngiltərədə “Tottenhem” və “Qarabağ” arasında keçiriləcək Avropa Liqasının Liqa mərhələsinin 1-ci tur oyununu fransalı hakim idarə edəcək.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma FİFA referisi Villi Delajoda tapşırılıb. Ona Ervan Finjean və Filip Jeanne köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək. VAR-da Benoit Millot, AVAR-da Alan Kijas əyləşəcək.

Sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button