
“Tottenhem” Perişiçi icarəyə verdi
“Tottenhem” futbolçusu İvan Perişiçi icarəyə verib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu bu mövsümün sonuna kimi icarə əsasında “Hayduk”da oynayacaq.
Perişiç 2022-ci ildə “İnter”dən “Tottenhem”ə transfer olunub. Futbolçu “Bayern”, “Volfsburq”, “Borussiya” (Dortmund) və “Brügge”də də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin