“Tottenhem” Palinya ilə anlaşıb

“Bayern”in yarımmüdafiəçisi Joao Palinya İngiltərə Premyer Liqasına qayıtmağa çox yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu “Tottenhem”lə şəxsi müqavilə şərtlərində razılığa gəlib.

London klubu Palinyanı Münhen klubundan icarəyə götürəcək. Müqavilədə onu sonradan alma hüququ olacaq, ancaq bu maddə məcburi deyil. İngilislər onun maaşını tam şəkildə öz üzərinə götürəcək.

Portuqaliyalı futbolçu 2022-2024-cü illər ərzində Premyer Liqada “Fulhem”in formasını geyinib. O, 2023-cü ilin yayında “Bayern”ə keçsə də, Münhen klubunda sabit çıxış edə bilməyib və nəticədə daha bir klub dəyişikliyinə hazırlaşır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button