
“Tottenhem” oyunçusu ilə yeni müqavilə imzalayıb
Britaniyalı müdafiəçi Jed Spens “Tottenhem”lə əməkdaşlığını davam etdirir.
Komanda.az PA-ya istinadən xəbər verir ki, tərəflər yeni, uzunmüddətli müqavilə imzalayıb.
25 yaşlı futbolçunun əvvəlki müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədər idi. Rəsmi açıqlama yaxın günlərdə veriləcək.
Jed Spens “Tottenhem”də 2022-ci ilin yayından çıxış edir və bu müddət ərzində bir neçə dəfə icarə əsasında başqa klublara göndərilib. O, son mövsümdə 35 oyuna çıxaraq, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



