“Tottenhem” oynamadan mərhələ adladı
Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/16 final mərhələsinin təxirə salınan “Leyton Orient” – “Tottenhem” oyunu ilə bağlı yekun qərar açıqlanıb.
Komanda.az xəbər verir ki, sentyabrın 22-də keçirilməli olan qarşılaşma “Leyton Orient”in bir neçə futbolçusunda koronavirus aşkarlanması səbəbindən təxirə salınmışdı.
Təqvim sıx olduğundan oyunu başqa tarixdə keçirmək mümkün olmayıb. Bu üzdən də meydan sahibi komandaya texniki məğlubiyyət verilib. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. “Tottenhem”in 1/8 final mərhələsinə adladığı açıqlanıb.
Joze Mourinyonun yetirmələri növbəti mərhələdə “Çelsi” ilə London derbisində üz-üzə gələcək.
Beləliklə, 29 sentyabr – 1 oktyabr tarixləri arasında keçiriləcək 1/8 final mərhələsində bu qarşılaşmalar baş tutacaq:
Aston Villa – Stok Siti
Brentford – Fulhem
Brayton – Mançester Yunayted
Bernli – Mançester Siti
Everton – Vest Hem
Liverpul – Arsenal
Nyuport – Nyukasl
Tottenhem – Çelsi
Bizi Facebook-da izləyin