“Tottenhem” futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb

“Tottenhem” yarımmüdafiəçisi Rodriqo Bentankurla yeni, uzunmüddətli müqavilə imzaladığını açıqlayıb.

Komanda.az xəbər verir ki, bunu London klubu rəsmi kanalları vasitəsilə elan edib.

Uruqvaylı futbolçunun əvvəlki sözləşməsinin müddəti 2026-cı ilin iyununda başa çatacaqdı. Yeni anlaşmanın konkret müddəti açıqlanmasa da, klub bunun uzunmüddətli olduğunu bildirib.

Bentankur komandaya 2022-ci ildə “Yuventus”dan, 19 milyon avro qarşılığında transfer olunmuşdu. O, cari mövsümdə “Tottenhem”in heyətində bütün turnirlərdə 9 oyunda iştirak edib.

“Tottenhem” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 11 xalla 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button