
“Tottenhem” milli üzvü üçün 50 milyon avro ödəməyə hazırdır
“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Tottenhem” maraqlanır.
Paytaxt klubu Qallaher üçün 50 milyon avro ödəməyə hazırdır. İngiltərə millisinin üzvü əvvəllər “Çelsi”nin heyətində Premyer Liqada çıxış edib.
Qallaher “Atletiko”ya ötən ilin avqustunda transfer olunub və Madrid təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. “Transfermarkt” portalının qiymətləndirməsinə görə, onun bazar dəyəri hazırda 40 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin