İngiltərə klubu Kyezanın transferinə tələsir

“Yuventus”un hücumçusu Federiko Kyeza yay transfer pəncərəsində İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, italiyalı futbolçunun xidmətində “Tottenhem” maraqlıdır. London klubunun niyyəti ciddidir və mümkün qədər tez müqavilə bağlamaq istəyir.

Kyezanın “Yuventus”la müqaviləsinin bitməsinə bir il qalıb, ona görə də, Turin klubu onu endirimlə satmağa məcburdur.

26 yaşlı futbolçunun adı “Liverpul”la yanaşı hallansa da, sonradan Arne Slotun komandasının ona marağı azaldı.

Kyeza A Seriyasının son mövsümündə 9 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button