“Tottenhem” onun transfer hüquqlarını aldı
Kristian Erikseni Milan “İnter”inə satan İngiltərənin “Tottenhem” klubu bu boşluğu doldurmaq üçün “Betis”dən icarəyə götürdüyü Covani Lo Çelsonu birdəfəlik transfer etməyə qərar verib.
Komanda.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Argentina millisinin üzvü İspaniya təmsilçisindən mövsümün sonuna kimi icarəyə götürülmüşdü. Lakin icarə müqaviləsində satınalma şərti də olduğundan, “Tottenhem” rəhbərliyi 23 yaşlı futbolçunun transfer hüquqlarını elə indidən almağa üstünlük veriblər. Britaniya mətbuatının yazdığına görə, Erikseni 20 milyon avroya satan londonlular, Lo Çelsoya görə “Betis”ə 32 milyon avro ödəyiblər. Argentinalı yarımmüdafiəçi “Tottenhem”lə 2024/25 mövsümünün sonuna kimi müqavilə imzalayıb.
“Betis”ə 2019-cu ilin yayında transfer olunan Lo Çelso daha öncə yetirməsi olduğu Argentinanın “Rosario Sentral” və Fransanın PSJ klublarında oynayıb.
Bizi Facebook-da izləyin