
“Tottenhem”in futbolçusu təklif gözləyir
“Tottenhem”in yarımmüdafiəçisi Deyan Kuluşevski yay transfer pəncərəsində klubu tərk edə bilər.
Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, isveçli futbolçu cari uğurlu mövsümə görə London komandasını tərk etmək variantlarını nəzərdən keçirməyə hazırdır.
25 yaşlı Kuluşevski 2023-cü ildən “Tottenhem”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 42 matçda meydana çıxıb, 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



