Sane İngiltərəyə qayıda bilər
“Bayern”lə müqaviləsi bu yay başa çatacaq hücumameyilli yarımmüdafiəçi Leroy Sane yenidən Premyer Liqaya qayıda bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Tottenhem” 29 yaşlı futbolçu ilə maraqlanır.
Londonlular Saneni mövsümün sonunda azad agent kimi almağa ümid edirlər. Əvvəllər o, “Mançester Siti”də çıxış edib.
Almaniyalı vinger bu mövsüm Bundesliqada 16 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin