
“Tottenhem”in 70 milyon avroluq hədəfi
“Mançester Siti”nin yarımmüdafiəçisi Savio “Tottenhem”in əsas transfer hədəflərindən biridir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, londonlular yay transfer pəncərəsi bağlanmamış bu keçidi reallaşdırmaq istəyirlər.
21 yaşlı vinger üçün “Mançester Siti” təxminən 80 milyon avro tələb edir. “Tottenhem” isə onu 70 milyon avroya almaq niyyətindədir.
Savio ötən ilin yayında Pep Qvardiolanın komandasına qoşulub. O, həmin vaxtdan bəri 48 oyunda meydana çıxaraq, 3 qol vurub və 13 məhsuldar ötürmə verib. Braziliyalı futbolçunun “şəhərlilər”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



