De Yonq İngiltərə klubunun “radar”ındadır

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçinin xidmətinə “Tottenhem” maraq göstərir.

Kataloniyalılar De Yonqla 20 milyon avroya ayrılmağa hazırdır. Yaxın vaxtlarda klublar arasında danışıqlar başlanmalıdır.

27 yaşlı futbolçu cari mövsümdə “Barselona”nın heyətində 11 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun transfer dəyəri 60 milyon avro qiymətləndirilir və klubla hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button