“Tottenhem” müdafiəçi transferinə hazırlaşır

“Sportinq”in futbolçusu Pedro Porro karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, “Tottenhem” 23 yaşlı ispaniyalı oyunçunu transfer etməyə yaxındır. Klubla futbolçu arasında mümkün keçidlə bağlı müqavilənin bəzi şərtləri razılaşdırılıb. Portuqaliya təmsilçisi müdafiəçi üçün ən azı 45 milyon avro tələb edir.

Pedro Porro 2020-ci ilin avqustunda icarə əsasında “Mançester Siti”dən “Sportinq”ə keçib. 2022-ci ilin iyulundan Portuqaliya klubu müdafiəçini transfer edib.

O, bu mövsüm “Sportinq”in heyətində 2 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button