
İngiltərə klubu Leao ilə maraqlanır
Portuqaliya millisinin və “Milan”ın hücumameyilli yarımmüdafiəçisi Rafael Leaonun Premyer Liqada oynamaq imkanı var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” portuqaliyalı futbolçunu transfer etməkdə maraqlıdır.
Leaonun “Milan”la 2028-ci ilin iyun ayının sonuna qədər müqavilə öhdəliyi var. 26 yaşlı vinger son mövsümdə İtaliya A Seriyasında 34 oyun keçirib, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin