“Tottenhem” “Mançester Yunayted”dən cavab gözləyir

“Tottenhem” Alexandro Qarnaçonun transferi ilə bağlı “Mançester Yunayted”lə danışıqlara başlayıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” argentinalı hücumçu ilə 72 milyon avroya ayrılmağa hazırdır.

London klubu Qarnaço üçün “Mançester Yunayted”ə transfer sorğusu göndərib və cavab gözləyir.

20 yaşlı futbolçu bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 35 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button