
MY, “Tottenhem” və “Çelsi”nin hədəfindəki futbolçu
“Bornmut”un mərkəz müdafiəçisi Din Heysen İngiltərənin başqa klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqanın bir neçə klubu ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Müdafiəçi üçün “Tottenhem”, “Mançester Yunayted” və “Çelsi” mübarizə aparacaq.
Heysen bu mövsüm “Bornmut”un heyətində 33 matçda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin