“Tottenhem” onunla müqaviləni yeniləmək istəyir

“Tottenhem” hücumçusu Son Hın Min ilə müqaviləni 2026-cı ilə qədər uzatmağa hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi koreyalı futbolçunu komandanın əsas və toxunulmaz oyunçusu hesab edir.

Onun klubla hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

31 yaşlı hücumçu 2015-ci ildə “Bayer”dən “Tottenhem”ə keçib. Bu müddət ərzində o, İngiltərə Premyer Liqasında 273 matçda iştirak edib, 106 qol vurub və 58 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button