“Tottenhem” Konteyə qovuşdu
İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Antonio Konte işinin başına dönüb.
Komanda.az xəbər verir ki, London təmsilçisi son məşqinə baş məşqçisinin rəhbərliyi altında çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, fevralın 2-də qarnındakı şiddətli sancı ilə xəstəxanaya aparılan italiyalı mütəxəssisdə xolesistit olduğu aşkarlanmışdı. Bu üzdən o, öd kisəsindən əməliyyat olunmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin