
“Tottenhem” argentinalı futbolçu üçün yeni təklif hazırlayır
“Tottenhem” “Komo”nun yarımmüdafiəçisi Nikolas Paz üçün yeni transfer təklifi etməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu tezliklə argentinalı futbolçu üçün təkmilləşdirilmiş təklif verəcək. “Komo”nun isə futbolçu üçün təxminən 70 milyon avro istədiyi bildirilib. “Tottenhem” Pazı ciddi zədə alan futbolçusu Ceyms Maddisonun əvəzləyicisi kimi görür.
İngiltərə klubu 20 yaşlı futbolçu üçün bu ayın əvvəlində təxminən 40 milyon avro təklif etsə də, “Komo” onu rədd edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



