“47 yaşım var, ancaq saçlarım ağarmayıb, çünki…”
“Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettino istefa verəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan argentinalı mütəxəssis, belə iddialara fikir vermədiyini deyib:
“Ardıcıl oyunlar uduzanda belə iddialar ortaya çıxır. Hazırda komandanı necə yaxşı vəziyyətə gətirə bilərəm, onu düşünürəm. Başqa şeylər məni maraqlandırmır.
47 yaşım var, ancaq saçlarım ağarmayıb, çünki danışılanlara fikir vermirəm. İstefa iddiaları da məni təəccübləndirmədi. Futbolda vacib olan bu gün və sabahdır. Dünən yaşananlar tez unudulur. Çempionlar Liqasının finalından sonra burda deyilənlər çox dəyişdi”.
“Tottenhem” oynadığı son 3 oyunda iki dəfə məğlub olub, bir dəfə də heç-heçə edib.
Bizi Facebook-da izləyin