Mourinyo: “Rəhbərlikdən yeni futbolçu istəməyəcəm”

“Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, rəhbərlikdən yeni transfer istəməyəcəyini bildirib:

“Yəqin ki, yeni transfer olmayacaq. Hazırda çətin vaxtlardır və klub rəhbərliyi yayda kifayət qədər sərmayə qoydu ki, heyətimizi gücləndirək. Bir transfer olsa, təəccüblənmərəm. Ancaq mən rəhbərlikdən yeni futbolçu istəməyəcəm. Klubun ötən yay transfer pəncərəsi dövründə göstərdiyi səylərə hörmət edirəm”.

“Tottenhem” Premyer Liqada 3-cü sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button