“Tottenhem” Cənubi Amerikaya gedən futbolçularını cərimələyəcək
“Tottenhem” klubu DÇ-2022-nin seçmə mərhələsinin oyunları üçün ölkələrinə yollanan Covanni Lo Çelso, Kristian Romero və Davinson Sançesi cərimələyəcək.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” telekanalı məlumat yayıb. “Tottenhem” hər üç futbolçunu qadağalara baxmayaraq, ölkəni tərk edib Cənubi Amerikaya yollandıqları üçün cərimələyəcək.
Lo Çelso və Romero Argentina, Sançes isə Kolumbiya millisinin düşərgəsinə yollanıb.
DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Braziliya – Argentina matçının startından cəmi bir neçə dəqiqə sonra Braziliya Səhiyyə Nazirliyinin rəsmi şəxsləri meydana daxil olublar. Onlar Argentina millisinin İngiltərədən gələn oyunçularının – Emiliano Martines, Emiliano Buendiya (hər ikisi “Aston Villa”), Covanni Lo Çelso (“Tottenhem”) və Serxio Romeronun (“Mançester Yunayted”) – heyətdən çıxarılmasını tələb ediblər. Bu üzdən də Braziliya – Argentina oyunu yarımçıq dayandırılıb. Argentina millisi və hakimlər yaşanan mübahisələr nəticəsində meydanı tərk edib. Qarşılaşmanın təxirə salındığı açıqlanıb.
Bizi Facebook-da izləyin