“Tottenhem” Keynə əvəzləyici tapıb
“Tottenhem” “Bornmut”un hücumçusu Dominik Solankeni transfer etmək istəyir.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, London klubunun prioritet transfer hədəfi komandanın sabiq hücumçusu Harri Keynə layiqli əvəzləyici tapmaqdır. Keyn hazırda “Bayern” klubunda çıxış edir.
“Tottenhem” yanvarda 26 yaşlı futbolçunu almaq üçün “Bornmut”a təklif göndərməyə hazırdır.
Solanke bu mövsüm “Bornmut”un heyətində bütün yarışlarda 18 oyun keçirib, 13 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin