“Tottenhem” Keynə qiymət qoydu
“Tottenhem” hücumçusu Harri Keynə qiymət qoyub.
Komanda.az “Daily Express”-ə istinadən xəbər verir ki, ingiltərəli forvardı transfer etmək istəyən klub paytaxt təmsilçisinə 88 milyon funt-sterlinq, yəni 99 milyon avro ödəməli olacaq.
Fransa mətbuatında yayılan xəbərə görə, PSJ Keyni transfer etməklə UEFA Çempionlar Liqasını qazana biləcəyini düşünür. Elə bu səbəbdən, onun keçidini rəsmiləşdirmək Liqa 1 təmsilçisi üçün prioritet məsələdir.
İngiltərəli oyunçunun “Tottenhem”lə sözləşməsi 2023/24 mövsümünün sonunda başa çatacaq. O, 2011-ci ilin yanvarından Premyer Liqa klubunda çıxış edir.
Keyn cari mövsümdə İngiltərə çempionatında 31 oyuna çıxıb, 23 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin