“Tottenhem” kapitanla müqavilə müddətini uzadıb
“Tottenhem” kapitanı Son Hın Min ilə müqavilə müddətini uzadıb.
Komanda.az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, rəhbərlik müqavilənin uzadılması variantını aktivləşdirib, yeni sözləşmə gələn ilin yayına qədər qüvvədə olacaq.
Cənubi koreyalı hücumçu 2015-ci ildə 30 milyon avroya Leverkuzen “Bayer”indən “Tottenhem”ə keçib.
32 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 17 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin