Jesusdan əl çəkmək istəmirlər

“Tottenhem” “Mançester Siti”nin hücumçusu Qabriel Jesusun transferi üçün mübarizəni davam etdirir.

Komanda.az “Daily Mirror”-a istinadən xəbər verir ki, “Tottenhem”in baş məşqçisi Antonio Konte Jesusun çoxyönlü olmasına heyrandır.

Daha əvvəl “Arsenal”ın da braziliyalı futbolçunun transferi üçün 60 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.

Jesus 2021/22 mövsümündə “Mançester Siti”nin heyətində 41 oyuna çıxıb, 13 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button