“Tottenhem” fransalı futbolçunun transferində israrlıdır
“Çelsi”nin müdafiəçisi Aksel Disasi “Tottenhem”ə keçmək istəmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun mərkəz müdafiə xəttində oyunçulara ehtiyacı var və qış transfer pəncərəsinin son günü olan fevralın 3-də bu mövqe üçün futbolçu almağa çalışacaq.
Disasi “Tottenhem”in əsas hədəflərindən biri hesab olunur, ancaq futbolçu karyerasını davam etdirmək üçün bu variantda o qədər də maraqlı deyil.
“Tottenhem” təslim olmur və hələ də fransalı oyunçunun transferində israrlıdır. “Aston Villa” və “Vulverhempton” da 26 yaşlı Disasi ilə maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin