Keyn sabiq “Liverpul”lunu geridə qoydu

“Tottenhem” İngiltərə Premyer Liqasının 32-ci turunda “Everton”la qollu bərabərə qalıb – 2:2.

Komanda.az xəbər verir ki, London təmsilçisinin hər iki qolunu vuran Harri Keyn, Premyer Liqa tarixində vurduğu qolların sayını 164-ə çatdırıb. O, bu göstəricidə “Liverpul”un sabiq hücumçusu Robbi Fauleri keçərək, turnirin bombardirləri siyahısında 7-ci sıraya yüksəlib.

Premyer Liqa tarixinin bombardiri keçmiş hücumçu Alan Şirerdir – 260 qol.

Keyn bu mövsüm Premeyr Liqada 21 qolla bombardirdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button