“Tottenhem” gözünü ingiltərəli hücumçuya dikib
“Tottenhem” yeni hücumçu axtarışlarını davam etdirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bornmut”dan Dominik Solankenin transferi ilə bağlı uzun danışıqlardan sonra “Tottenhem” gözünü AÇ-2024-də İngiltərə yığmasında bir məhsuldar ötürmə ilə yadda qalan “Brentford”un forvardı İvan Toniyə dikib.
“Brentford” 28 yaşlı hücumçunu 30-40 milyon avroluq bir məbləğ qarşılığında sərbəst buraxmağa hazırdır.
Toni cəzalı olduğu üçün ötən mövsümün ilk yarısını buraxmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin